Xəbər - Orxan Nəbiyev – Trend:
Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti davam edir.
AzerTimes-ın məlumatına görə, bölgədə atəşkəsə nəzarət pilotsuz uçuş aparatları vasitəsilə keçirilir.
Rusiyanın sülhməramlı kontingenti izləmə üçün “Orlan-10” və “Forpost” dronlarından istifadə edir.
Monitorinq mərkəzinin komanda məntəqəsində texnika və şəxsi heyətin hərəkətləri müşahidə olunur.
Qeyd edək ki, Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-da fəaliyyətə başlayıb.