Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində 65 ədəd modul otaq var (FOTO)

Ağdam. Ceyhun Ələkbərov – Trend:

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.

Həmçinin mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil dayanacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarlar yerləşir.


Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Teqlər: