Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçının universitetin rektoru ilə görüşü olub (FOTO)

Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində Cahit Bağçı Gəncə Dövlət Universitetini də ziyarət edib.

AzerTimes-ın məlumatına görə, ziyarət zamanı səfirlə Gəncə Dövlət Universitetinin rektoru arasında görüş keçirilib.

Görüş zamanı çıxış edən rektor prof. Yusif Yusibov səfirə iki ölkə arasında olan qardaşlıq münasibətlərindən bəhs edib. 44 günlük Vətən Müharibəsi dövründə Türkiyənin bizə olan qardaşlıq münasibətini yüksək qiymətləndirib, eyni zamanda bu müddətdə Nişantaşı Universiteti və İstanbul Universiteti ilə birgə imzalanmış Bəyanatlar haqqında da məlumat verib. Daha sonra Türkiyə universitetləri ilə universitetimiz arasında olan ikitərəfli əməkdaşlıqlardan, ikili diplom layihələrindən və digər ortaq layihələrdən bəhs edib. Universitetimiz ilə TİKA Bakı Ofisi arasında qurulan yüksək əlaqələrdən bəhs edən rektor, sonra universitetimizdə təhsil alan türk tələbələr haqqında da məlumat verib. Daha sonra gələcəkdə nəzərdə tutulan layihələr haqqında və ortaq təşkil ediləcək konfranslar haqqında da məlumat verib. Türkiyə Universitetləri ilə birgə Nizami Gəncəvi ili ilə bağlı təşkil edilmiş konfranslar yüksək qiymətləndirilmiş və bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılıb.

Daha sonra çıxış edən Cahit Bağçı Gəncə şəhəri ilə bağlı təəsüratlarını paylaşdıqdan sonra Gəncə Dövlət Universiteti ilə Türkiyə universitetləri arasında qurulmuş əməkdaşlıqlardan məmnun qaldığını və bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsini arzu etdiyini bildirib. Gələcək əməkdaşlıqların qurulmasında və ortaq layihələrin icra olunmasında üzərlərinə düşən bütün yardımları göstərə biləcəklərini qeyd edib. Sonda səfir Gəncə Dövlət Universitetinə gələcək fəaliyyətində uğurlar arzu edib.


Görüşün sonunda tərəflər bir-birinə simvolik hədiyyələr təqdim edib və xatirə şəkli çəkdirib.

Teqlər: