Türkiyə regionda sülh və sabitliyi təmin etməyə çalışır.
AzerTimes xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Cümhuriyyəti Günü münasibətilə təbrik mesajında deyib.
“Bu təşəbbüslər Suriyadakı humanitar faciədən tutmuş Rusiya-Ukrayna böhranının həllinə qədər bir çox məsələlərə aiddir”, – Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə müdafiə sənayesi sahəsində öz məhsullarımızı hazırlayan, ixrac edən səviyyəyə çatıb:
“Hər sahədə potensialımızı artırırıq”.
Ölkə başçısı həmçinin vurğulayıb ki, müxtəlif ölkələr Türkiyənin demokratiyasını nümunə götürür, iqtisadiyyatına həsədlə yanaşır, diplomatiyasını diqqətlə izləyir:
“Türkiyə bütün sabotaj cəhdlərinə baxmayaraq, milli birlik və qardaşlığını qoruyur”.