Türkiyə Qvineyada çevriliş cəhdini qınayıb

Türkiyə Qvineyada hərbi çevriliş cəhdini və bu ölkənin prezidenti Alfa Kondenin saxlanılmasını qınayır.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Ankara Qvineyada baş verənləri dərin narahatlıqla izləyir.


XİN Türkiyənin seçilmiş hökumətləri hər hansı qanunsuz yol ilə dəyişdirmək cəhdlərinə qarşı olduğunu vurğulayıb.