Böyük və güclü Türkiyənin qurulması inflyasiyanın aşağı salınması, əhalinin rifahının yaxşılaşdırılması, eləcə də ölkənin qarşıya qoyduğu digər məqsədlərə nail olunması ilə həyata keçiriləcək.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinin növbəti iclasından sonra xalqa müraciətində deyib.
Dövlət başçısının sözlərinə görə, 2022-ci ildə kənd təsərrüfatına dəstək üçün ayrılan subsidiyaların məbləğini 3,2 milyard lirə artıraraq 29 milyard lirəyə çatdırılacaq.
Bundan əlavə, prezident Ərdoğan yerli şirkətlər üçün Türkiyə Kredit Zəmanət Fondunun zəmanəti altında istifadə ediləcək 3 yeni dəstək paketi də daxil olmaqla 60 milyard lirəlik girov limitinin açıldığını açıqlayıb.