Türkiyənin ilk döyüş pilotsuz təyyarəsi “Bayraqdar Qızılalma”nın bu il kütləvi istehsalına başlanılması planlaşdırılır.
AzerTimes xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Məlumata görə, “Qızılalma” manevr qabiliyyəti sayəsində hava-hava raketləri və AESA radarlarının inteqrasiyasından sonra hava döyüşlərində mühüm rol oynayacaq:
“Qızılalma” yer hədəflərini vurmaq üçün gövdədə sursat daşıya biləcək”.