Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
“Terrorçular harada olurlarsa olsunlar, Türkiyə Silahlı Qüvvələrinin qanuni hədəfi olaraq qalırlar. İraqın Qəndil bölgəsində müəyyən edilən silahlılar hava əməliyyatı zamanı məhv edilib. Türkiyə antiterror əməliyyatlarını intensivliyini azaltmadan davam etdirəcək”, – deyə bildirilib.