Türkiyə Qəzzaya dördüncü humanitar yardım gəmisini göndərib.
AzerTimes xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
2334 tonluq humanitar yardım içməli su, çadır, ədyal və qida məhsullarından ibarətdir. Gəmi artıq Mersin limanından yola düşüb. O sabah Misirin Əl Ariş limanına çatacaq.