Türkiyə Qətərdəki hərbi kontingentinin sayını bir neçə min nəfərə qədər artırıb.
Bu barədə Qətərin “Əl Cəzirə” televiziyasının yaydığı məlumatda bildirilir.
Telekanalın verdiyi məlumata görə, Türkiyə hərbçilərinin yeni qrupu ötən gün Qətərə gəlib.
Qeyd edək ki, Qətərlə Türkiyə arasında 2016-cı il, noyabrın 10-da imzalanmış hərbi razılaşma iyunun 9-dan etibarən qüvvəyə minib.
Bundan əvvəl Türkiyədə, Qətər ərazisində türk hərbi varlığını artırmaq barədə iki ölkə arasındakı müqavilənin ratifikasiya edilməsi barədə qanun qəbul edilmişdi.