“Qrup 7” (G7) ölkələrinin, eləcə də Türkiyə və Qətərin nümayəndələri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması başa çatdıqdan sonra Kabil hava limanının gələcəyini müzakirə etmək niyyətindədirlər.
AzerTimes-ın məlumatına görə, avqustun 30-da gözlənilən görüşdə Əfqanıstanın gələcəyi ilə bağlı məsələ qaldırılacaq.
Xüsusilə, ABŞ ordusu tərəfindən həyata keçirilən təxliyə əməliyyatın tamamlandıqdan sonra Kabil hava limanının necə faəliyyət göstərəcəyi müzakirə ediləcəyi gözlənilir.