Türkiyə hökuməti İsveçin NATO-ya qəbulu prosesini asanlaşdırdıqdan sonra sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması üçün Qərbdən tam dəstək alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Haberler.com” Türkiyənin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
“Vilnüsdə keçirilən üçtərəfli görüşdə (Türkiyə, İsveç və NATO rəhbəri – red.) Türkiyəyə sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması da daxil olmaqla, AB-yə üzvlük prosesinə tam dəstək verilib”, – məlumatda deyilir.
Qeyd edək ki, Y.Stoltenberq Türkiyə liderinin İsveçin NATO üzvlüyünə ərizəsini ratifikasiya üçün parlamentə göndərəcəyinə söz verdiyini açıqlayıb.