Türkiyə Qazaxıstanın tez bir zamanda sabitliyə qovuşmasını arzulayır – Yalçın Topçu

Türkiyə dövləti və xalqı qardaş Qazaxıstanın tez bir zamanda, sabitliyə, sülh və əmina-amanlığa qovuşmasını arzulayır.

Bunu Trend-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandakı hadisələrlə əlaqədar Türk Dövlətləri Təşkilatının hazırkı sədri qismində digər üzv dövlətlərin rəhbərləri təmasda olub.

“Eyni zamanda xarici işlər nazirimiz də öz həmkarları danışıqlar aparıb. Türkiyə Qazaxıstanın da tövsiyəsi ilə Türk Dövlətləri Təşkilatı üzv ölkələri xarici işlər nazirlərini yanvarın 11-də keçiriləcək iclasa dəvət edib”, – deyə o bildirib.

Y.Topçu vurğulayıb ki, Türkiyə və Türk Dövlətləri Təşkilatı qardaş Qazaxıstana hər cür dəstək verəcək və qazax xalqının yanında olacaq.

“Qazaxıstanın tezliklə sabitliyə və əmin-amanlığa qovuşması üçün lazım olan addımlar atılacaq. Türk dünyası nümayəndələri olaraq qazax, qırğız, özbək, türkmən, Anadolu və Azərbaycan türkləri dualarımızla Qazaxıstanda sabitliyin bərpa olunmasını arzu edirik”, – Y.Topçu deyib.

Teqlər: