2030-cu ildə daxili qaz tələbatının yarıdan çoxunu öz hasilatımız hesabına ödəməyi planlaşdırııq.
AzerTimes xəbər verir ki, bunu Türkiyə energetika və təbii sərvətlər naziri Fateh Dönməz deyib.
Nazirin sözlərinə görə, təxminən 3 ildən – “Sakarya” yatağıın işlənməsinin ikinci mərhələsi başa çatdıqdan sonra qaz hasilatı 15-16 milyard kubmetrə çatacaq ki, bu da ölkənin mavi yanacağa olan tələbatının 25 faizini ödəyəcək.
O qeyd edib ki, ölkədə illik qaz istehlakı 55-60 milyard kubmetr arasında dəyişir.