Türkiyə qardaş ölkə ilə 5 milyardlıq saziş imzaladı

Türkiyə qardaş ölkə ilə 5 milyardlıq saziş imzaladı

Türkiyə və Pakistan arasında ikitərəfli ticarətin həcmini 5 milyard dollara çatdırmağı nəzərdə tutan ticarət sazişi imzalanıb.

AzerTimes xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda baş tutan mərasimdə müqaviləni Pakistanın ticarət naziri Seyid Navid Qəmər və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıb.

Mərasimdə həmçinin Pakistan Baş naziri Şahbaz Şərif və digər rəsmilər də iştirak edib.

Mərasimdə çıxış edən Şərif sazişin imzalanmasını İslamabad və Ankara arasında tarixi və qardaşlıq münasibətlərində mühüm mərhələ adlandırıb:

“Bu gün biz iki böyük qardaş ölkələrimiz arasında bir çox imkanlar açacaq ticarət sazişi imzaladıq. Bizim imkanlarımız xəyal gücünün fövqündədir”.

Teqlər: