Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin
Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.
AzerTimes-ın məlumatına görə, görüş təxminən 3 saat 45 dəqiqə davam
edib.
Milli Təhlükəsizlik Şurası Türkiyənin Qara dənizdə sülh və
sabitliyin qorunması üçün Montrö Konvensiyasının icrası ilə yanaşı
vasitəçilik səylərini davam etdirəcəyini bildirib:
“Türkiyənin Qara dənizin şimal hissəsində baş verən hadisələrlə
bağlı tarazlaşdırıcı mövqeyi, qlobal və regional sülhə nail olmaq
üçün göstərdiyi səylərin məqsədyönlülüyü son hadisələrdə özünü
təsdiqləyib”.