Türkiyə Qara dəniz sularında bütün növ balıq ovunu dayandırıb

Təhlükəsizlik məqsədilə martın 26-dan etibarən Bolqarıstan və
Kefken arasında Qara dəniz sularında gecə saatlarında bütün növ
balıq ovu dayandırılıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Kənd və Meşə Təsərrüfatı
Nazirliyi bildirib.

Məlumatda bildirilib ki, bölgədə balıqçılıq edənlərin
təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq ediləcək qadağa
bu gündən qüvvəyə minəcək və yeni elan verilənədək davam
edəcək.

Yeni tətbiq Qara dənizdə gün batandan gün çıxana qədər
qayıqçılar da daxil olmaqla hər cür balıq ovu edən bütün
balıqçılara şamil olunur.

Teqlər: