Türkiyə Qafqaz sabitləşdirici və müsbət aktordur – Ərdoğan

Türkiyə Qafqaz və Qara dəniz regionunda sabitləşdirici və müsbət
aktordur.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Böyük Britaniyanın “The Economist jurnalında” dərc olunan
məqaləsində bildirib.

R.T.Ərdoğan Ukraynadakı müharibənin mövcud qaydalara əsaslanan
dünya nizamına, böyük güc rəqabətinə və Avro-Atlantik
təhlükəsizliyə meydan oxuduğunu və prosesin həm də tarixin ən böyük
hərbi ittifaqı olan NATO-nun aktuallığını əvvəlki mövqeyinə
qaytardığını qeyd edib. Türkiyənin 70 ildir NATO-nun qürurlu və
əvəzolunmaz üzvü olduğunu qeyd edən R.T.Ərdoğan Türkiyənin 1952-ci
ildə alyansa qoşulduğunu, azadlığı və demokratiyanı müdafiə etmək
üçün Koreyaya qoşun göndərdiyini bildirib. Türkiyə prezidenti əlavə
edib ki, ölkəsi Qafqaz və Qara dəniz regionunda stabilləşdirici və
müsbət aktordur, NATO missiyaları çərçivəsində Türkiyə hərbçiləri
Kosovodan Əfqanıstana kimi dünyanın müxtəlif yerlərində
əməliyyatlarda iştirak edirlər.

RT.Ərdoğan Türkiyənin müdafiə sənayesinə milyardlarla dollar
sərmayə qoyaraq müdafiə qabiliyyətini gücləndirdiyini, bu əlavə
imkanlarla istehsal olunan məhsulların Ukrayna da daxil olmaqla
müxtəlif döyüş bölgələrində ciddi təsir göstərdiyini
vurğulayıb.

Teqlər: