Türkiyə prezidenti Yunanıstanın baş nazirini qəbul edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri
Kiriakos Mitsotakisi qəbul edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti
administrasiyasından bildiriblər.

Məlumata əsasən, görüşdə ikitərəfli əlaqələr, eləcə də regional
və beynəlxalq məsələlər, o cümlədən cari geosiyasi hadisələr və
Ukraynadakı vəziyyət müzakirə olunacaq.