Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin şimalındakı
Tokat vilayətində yeni hava limanının açılış mərasimində iştirak
edib.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, vilayətin rəhbərliyi
yeni hava limanı barədə dövlət başçısına məlumat verib, sonra
təntənəli açılış lentinin kəsilməsi və rəsmi açılış mərasimi
olub.
Hava limanının açılış mərasimində vitse-prezident Fuat Oktay,
xəzinə və maliyyə naziri Nurəddin Nəbati, nəqliyyat və
infrastruktur naziri Adil Karaismailoğlu və digər rəsmi şəxslər də
iştirak ediblər.