Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mübarək Ramazan bayramı
münasibətilə dünya müsəlmanlarına videotəbrik ünvanlayıb.
Trend xəbər
verir ki, dövlət başçısı videomüraciətində bayramın ölkəsinə,
xalqına, İslam dünyasına və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və
firavanlıq gətirməsini arzulayıb: “Ramazan bayramının
milliyətindən, dinindən və əqidəsindən asılı olmayaraq, 85 milyon
insanın qucaqlaşdığı və halallaşdığı böyük qardaşlıq bayramına
çevrilməsini arzulayıram. Buna nail olub aramızdakı dostluğu,
qardaşlığı gücləndirdiyimiz zaman, Allahın izni ilə, həll edə
bilmədiyimiz heç bir çətinlik qalmayacaq”.
Bu bayram günündə başda “Pəncə-Kilid” əməliyyatı olmaqla ölkə
daxilində və xaricində Vətənin keşiyində duran təhlükəsizlik
qüvvələrinin bütün əməkdaşlarına minnətdarlığını çatdıran Prezident
Ərdoğan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib.