Türkiyə prezidenti Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq haqqında memorandumunu təsdiqləyib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə xəbər “Rəsmi qəzet”ində dərc olunub.

Məlumata əsasən, qardaş ölkənin dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişi də təsdiqləyib.

Teqlər: