Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın yeni kansleri Olaf Şolts ilə telefon danışığı aparıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti administrasiyasının Əlaqələr üzrə İdarəsindən bildirilib.
Türkiyə ilə Almaniya arasında əlaqələrin inkişafı istiqamətində atılan addımlar, eləcə də regional mövzular müzakirə edilib.
Söhbət zamanı Türkiyə prezidenti Olaf Şoltsu Almaniya federal hökumətinin başçısı vəzifəsinə keçməsi münasibətilə təbrik edib.
Dövlət başçısı iki ölkə arasında münasibətlərdə sağlam düşüncənin və strateji baxışın bundan sonra da üstünlük təşkil edəcəyinə əminliyini ifadə edib.
R.T.Ərdoğan iki ölkə liderləri arasında sıx koordinasiya və müntəzəm təmasların davam etdirilməsinin məhsuldar olduğunu vurğulayıb.
Dövlət başçısı Ankara ilə Avropa İttifaqı arasında əlaqələrin Türkiyənin birliyə qoşulması perspektivinə əsaslanan müsbət gündəm çərçivəsində qurulmasının zəruriliyini qeyd edib.