Türkiyə prezidenti Afrika ölkələrinə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Afrika
ölkələrinə səfərə yola düşəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident
Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı
məlumatda bildirilir.

Qeyd olunur ki, R.T.Ərdoğan fevralın 20-23 tarixlərində Konqo
Demokratik Respublikası, Seneqal və Qvineya-Bisauya səfər edəcək.
Gündəlikdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin vəziyyəti
və perspektivləri olacaq.

Türkiyə prezidenti Seneqalın paytaxtı Dakara səfəri çərçivəsində
türk şirkəti tərəfindən inşa edilən 50 min tamaşaçı tutumlu
Olimpiya Stadionunun açılışında iştirak edəcək. Bundan əlavəd,
Dakarda Türkiyə səfirliyinin yeni binasının açılışı baş
tutacaq.

Teqlər: