Türkiyənin Mardin şəhərində 2 terrorçu məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat yayıb.
“2016-cı ildə qəhrəman polislərimiz Əhməd Dəmir, Ramazan Ağyürək və Mətin Malkav şəhid oldular. Aradan 7 il keçdi. Dostları qanlarını yerdə qoymadı”, – nazir bildirib.
Qeyd edək ki, Türkiyə ordusu ötən gün Suriyanın şimalında da bir terrorçunu zərərsizləşdirib.