Türkiyə polad ixracını artırıb

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən
ilin eyni dövrü ilə müqayisədə 42.3 faiz artaraq 7.7 milyard
dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 2 milyard dollar məbləğində polad
ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 23,9 faiz
çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022)
Türkiyə 24.6 milyard dollar məbləğində polad ixrac edib.

Teqlər: