Türkiyə təhlükəsizlik qüvvələri Şırnakda PKK-ya qarşı “Ərən Abluka Qış-23” adlı antiterror əməliyyatını başladıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyatda təhlükəsizlik qüvvələrinin 871 əməkdaşı iştirak edir. Əməliyyatın məqsədi PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədəki sığınacaqlarda gizlənən terrorçuları zərərsizləşdirməkdir.