Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda rəsmi səfərdədir.
M.Şentop Bakının Heydər Əliyev adına hava limanında təyyarədən enər-enməz jurnalistlərə müsahibə verib.
“Bakıda olmaqdan məmnunluq hissi keçirirəm. TBMM-in güclü bir heyəti ilə gəldik. Fərqli partiyalardan dostlarımız var.
Azərbaycanı haqlı davasında dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etmişik. Bunları Bakıda da təkrar ifadə edəcəyik.
Azərbaycan bayrağının işğal olunan torpaqlarında dalğalanması üçün daim dua edirik. Bu, təkcə mənim görüşüm deyil, parlamentimizin, eləcə də 83 milyonluq Türk xalqının görüşüdür. Dualarımız hər zaman Azərbaycanladır”, – deyə M. Şentop qeyd edib.