Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da iki ölkə arasındakı münasibətlərin vəziyyəti və perspektivləri, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.
AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç deyib.
Onun sözlərinə görə, ABŞ parlamentarilərilə görüş zamanı Qarabağ məsələsinə də toxunulub: “ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini yaxşı bilir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT səviyyəsində tanınan bir reallıqdır. Bu mövzuda yenidən Ankaranın mövqeyini ABŞ təmsilçilərinin diqqətinə çatdırdıq”.