Türkiyə parlamenti Paris İqlim Sazişini təsdiq edib

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Paris İqlim Sazişinin təsdiq edilməsi barədə qanun layihəsini qəbul edib.

AzerTimes-ın məlumatına görə, sənəd bir gün əvvəl Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən dəstəklənib.


Paris Sazişi – Birləşmiş Millətlərin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasıdır. Türkiyə 22 aprel 2016-cı il tarixində 21-ci Tərəflər Konfransında həmin sazişi imzalayıb.