Türkiyə öz vətəndaşlarını BKS-ə göndərmək üçün hazırlıqlara başlayır – Ərdoğan

Türkiyə öz vətəndaşlarını Beynəlxalq Kosmik Stansiyaya (BKS)
göndərmək üçün hazırlıqlara başlayır.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra
telemüraciətində deyib.

“Türkiyə milli kosmik proqram çərçivəsində öz vətəndaşlarının
BKS-ə göndərilməsi prosesinə rəsmən başlayır”, – deyə R.T.Ərdoğan
bildirib.