Türkiyə müdafiə sənayəsi mikro ölçülü PUA hazırlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni texnika 100-150 qram ağırlığında, ovuc içi boydadır.
HİRO adlı texnika həm quruda, həm də havada fəaliyyət göstərə bilir. PUA-nı xüsusilə dar və qapalı mühitlərdə istifadə üçün inkişaf etdiriblər.