Silahdaşlarımız arasından da itkilərimiz var. Təəssüf ki, onların sayı 100 nəfərdir.
AzerTimes xəbər verir ki, bu sözləri Hatay vilayətinin Antakya şəhərində aparılan işlərə baxış keçirən Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
“Hazırda 2 nəfər hələ də itkindir. Onların dağıntılar altında olduğunu dəyərləndiririk. Bununla bağlı aidiyyəti qurum və idarələrlə koordinasiyalı şəkildə fəaliyyətimizi davam etdiririk”- o bildirib.