“Pəncə-Kilit” əməliyyat zonasında (İraqda) Türkiyənin ordusunun bir hərbçisi şəhid olub, daha biri isə yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
“11 yanvar, 2024-cü ildə Pəncə-Kilit əməliyyatı bölgəsində terror qruplarının təxribatı nəticəsində hərbçimiz Samet Aslan şəhid olub, daha bir qəhrəman silahdaşımız da yaralanıb”, – deyə bildirilib.