Suriyanın şimalındakı Tel-Rıfat, Cizirə və Dərik bölgələrindəki terrorçulara qarşı hava əməliyyat həyata keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsul terrorçuların da daxil olduğu 30 hədəf məhv edilib.
Qeyd edək ki, PKK/YPG terrorçularının nəzarətindəki Tel-Rıfat ərazisindən Dabık bölgəsində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi hərbi bazaya raket hücumu olub, 8 nəfər yaralanıb.