Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 7 YPG (PKK terror
qruplaşmasının Suriya qolu) terrorçusunu zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə
Nazirliyindən bildiriblər.
Məlumata əsasən, terrorçular “Fərat qalxanı” əməliyyatı zonasını
atəşə tutublar.
“Türkiyə ordusu terrorçuların təxribat təşkil etmək və ya
silahdan istifadə etmək cəhdlərinin qarşısını qətiyyətlə almağa
davam edəcək”, – deyə Nazirlikdən bildirilib.