Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) 4 üzvünü məhv edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən, məhv edilən terrorçular Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatı zonasında terror aktı törətmək niyyətində olublar.
“Qəhrəman komandolarımız “Sülh çeşməsi” əməliyyatı zonasında hücum hazırlayan 4 PKK/YPG terrorçusunu zərərsizləşdiriblər”, – deyə Nazirlikdən bildirilib.