Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatları
bölgəsində 19 terrorçu zərərsizləşdirib.
Trend-in
məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi
bildirib.
Qeyd olunur ki, türkiyəli hərbçilər bölgədə hücum hazırlığında
olan PKK mənsublarının qarşısını alıb.
Nazirlik Suriyanın şimalında əməliyyatların davam etdirildiyini
bildirib.