Türkiyə ordusu Qarabağda qardaşlarımıza dəstək olur – Hulusi Akar

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Silahlı Qüvvələri prezidentin tapşırıqları əsasında Suriyada, İraqın şimalında, Şərqi Aralıq dənizində millətimizin maraqlarını qorumaqla yanaşı Liviyada və Qarabağda da qardaşlarımıza dəstək olmaqdadır.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala zəfərinin 106-cı ildönümü ilə əlaqədar bəyanatında deyib.

O bildirib ki, Türkiyə ordusu bütün bunlarla yanaşı BMT, NATO, ATƏT və Avropa İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəliklər çərçivəsində qlobal təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyətini davam etdirir:

“Ölkə içində və xaricdə davam etdirdiyimiz mübarizəmizdə əldə etdiyimiz uğurlarda ən böyük pay şəhid və qazilərimizə məxsusdur. Onların qəhrəmanlıqları və fədakarlıqları heç bir zaman unudulmayacaq”.

Teqlər: