İraqın şimalındakı Avaşin bölgəsində hücuma hazırlaşan bir qrup terrorçu PUA tərəfindən aşkarlanaraq zərərsizləşdirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Bölgədə həyata keçirilən hava dəstəkli əməliyyatda terrorçu qrup zərərsizləşdirilərkən terrorçulardan birinin “Devrim Qarzan” kod adlı Bilal Onat və “Sidar Amed” kod adlı Mazlum Yılmaz olduğu müəyyən edilib.
Terrorçulardan Onat adlı şəxsin PKK terror təşkilatının Avaşin bölgəsinin qondarma rəhbərlik üzvü olduğu bildirilib.