Bu ilin sonunadək Türkiyə ordusu dörd ədəd pilotsuz helikopterlə
təchiz olunacaq.
Trend bu barədə
Türkiyə mətbuatına istinadən məlumat verir.
Qeyd olunur ki, ilk helikopter yaxın günlərdə Suriyanın
şimalında antiterror əməliyyatlarına cəlb oluna bilər.
“Titra Teknoloji” şirkətinin istehsalı olan helikopterlər 8 saat
ərzində havada qala bilər, uçuş yüksəkliyi 6,5 kilometr təşkil
edir.
Bu helikopterlər kəşfiyyat, hərbi patrul, silah-sursatın
çatdırılması kimi tapşırıqlar icra edəcək. Bundan başqa, pilotsuz
helikopter meşə yanğınlarının söndürülməsinə cəlb oluna bilər.