Son 24 saat ərzində Türkiyə artilleriyasının endirdiyi zərbələr
nəticəsində İraqın şimalında öldürülən PKK terrorçularının sayı
13-ə çatıb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə
məlumatl Türkiyə Millli Müdafiə Nazirliyi yayıb.
Daha əvvəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki,
PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən
2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə
təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs
öldürülüb.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına
salıb.