Türkiyə Silahlı Qüvvələri İraqda keçirilən “Pəncə Kilid”
antiterror əməliyyatı çərçivəsində ümumulikdə 30 terrorçu
zərəsizləşdirib.
Trend-in
məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar
bildirib.
O bildirib ki, bu gün səhər saatlarında 2 PKK terrorçusu məhv
edilib.
Nazirin sözlərinə görə, bu müddət ərzində Türkiyənin iki
hərbçisi həlak olub.
Xatırladaq ki, Türkiyə ordusu iki gün əvvəl İraqın şimalındakı
Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı
qurudan və havadan “Pəncə Kilid” əməliyyatına başlayıb.