Türkiyə ordusu İraqın şimalında 19 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında başlatdığı “Pəncə
Kilid” antiterror əməliyyatı çərçivəsində 19 PKK terrorçusunu
zərərsizləşdirib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi
bildirib.

Qeyd olunub ki, əməliyyatlar zamanı Türkiyə ordusunun 4 əsgəri
yüngül yaralanıb.

Xatırladaq ki, Türkiyə ordusu bu gün İraqın şimalındakı Metina,
Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan
və havadan “Pəncə Kilid” əməliyyatına başlayıb. Əməliyyata milli
müdafiə naziri Hulusi Akar rəhbərlik edib.