09:55
Türkiyə ordusunun hərbçisi şəhid olub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Pəncə-Kilid” əməliyyat bölgəsində PKK tərəfindən yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ağır yaralanan Türkiyə ordusunun hərbçisi Erkan Səlcuq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”, – məlumatda bildirilib.
***
Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Pəncə-Kilid” əməliyyat bölgəsində PKK tərəfindən yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ağır yaralanan Türkiyə ordusunun çavuşu Taner Torun da bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və şəhid olub”, – məlumatda qeyd edilib.