Kosovada yaşanan hadisələrə görə NATO-nun tələbi əsasında Türkiyə ordusunun 65-ci mexanikləşdirilmiş piyada briqada komandanlığına tabe 1 komando tağımının bölgəyə göndərilməsi qərarlaşdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edilir ki, sülhməramlı tağım 4-5 iyunda Kosovadakı Sultan Murad Qışlasına yerləşdiriləcək.
Qeyd edək ki, Kosovanın şimalında yaranan gərginliklə bağlı hə Kosova, həm də Serb rəhbərləri Türkiyə lideri Ərdoğandan vasitəçilik xahişi edib.