Türkiyə ordusu son sutkada 29 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında yazıb.
“Suriyanın şimalında “Fərat qalxanı” , “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyat bölgələrinə atəş açan 29 PKK/YPG terrorçusu ordumuz tərəfindən zərərsizləşdirilib”, – məlumatda bildirilib.