Türk Silahlı Qüvvələri Suriyanın şimalında 26 PKK terrorçusunu zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
“Ötən gecə Türkiyə ordusu “Fərat Qalxanı” əməliyyat zonasında yerləşən Dabik bazasına edilən terror hücumuna sərt cavab verib. Bölgədəki terrorçu hədəflərə cavab atəşi ilə 26 PKK terrorçusu məhv edilib”, – məlumatda qeyd olunub.