Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 15 yaraqlısını zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
“Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” və “Barış Pınarı” əməliyyatları bölgələrində aşkar etdiyi 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – məlumatda bildirilib.
Vurğulanıb ki, ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam etdiriləcək.