Türk Silahlı Qüvvələri Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar məlumat verib.
Məlumata görə, terrorçular “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyat bölgələrinə hücum edərkən məhv edilib.
Qeyd edək ki, ötən gün sözügedən əməliyyat bölgələrində Türkiyə bazalarına hücum edilmişdi.